Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyan bu yaxınlarda Bakıya səfəri zamanı 10 erməni məhbusun siyahısını onların azad edilməsi xahişi ilə təqdim edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.
Məlumata görə, siyahıya Qarabağın keçmiş “hərbi-siyasi rəhbərliyinin” nümayəndələri daxil edilməyib:
“İrəvan münasibətlərin normallaşması istiqamətində jest olaraq Erik Kazaryan, Levon Balayan, David Alaverdyan, Melikset Paşayan, Qarik Martirosyan, Vasili Beqlaryan, Lüdviq Mkrtçyan, Alyoşa Xosrovyan, Qurgen Stepanyan və Mədət Babayanın geri qaytarılmasını istəyib. Bakı buna cavab olaraq 44 günlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin tərəfində vuruşan və Ermənistanda həbs edilmiş iki suriyalı Muxrab Məhəmməd əş-Şheri və Yusif Alabet əl-Hacinin azad edilməsini tələb edib. Milli Təhlükəsizlik Xidmətinin direktoru onların azadlığa buraxılmasına razılıq verib”.
Qeyd edək ki, Simonyanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 19-dan 21-dək Bakıda keçirilən təhlükəsizlik məsələlərinə dair üçüncü beynəlxalq konfransda iştirak edib.
- Bakıda 33 dərəcə isti olacaq
- TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına buradan start verildi
- Zakir Həsənov Serbiyada rəsmi səfərdədir - Foto
- Piterdəki Baş Konsulluğumuz bu tarixdə bağlı olacaq
- “Qarabağ”ın rəqiblərinin adları bəlli oldu - “Ferentsvaroş”la qarşılaşacaq
- Azərbaycanda gələn həftə yüzlərlə obyekt bağlanacaq
- Bakının mərkəzində yolda çökmə: İri çuxur yarandı - Foto
- 19,4 min şəxsə əlillik təyin olundu