Rusiyanın Pervouralsk şəhərində saxta spirt istehsalı ilə məşğul olan Azərbaycan vətəndaşları saxlanılıb.
BUTA.TV xəbər verir ki, bunu Yekaterinburq İctimai Palatasının üzvü Dmitri Çukreyev deyib.
Çukreyevin sözlərinə görə, Pervouralskda saxta araq istehsal edən və qablaşdıran yeraltı sexin fəaliyyəti iyulun ortalarında Daxili İşlər Nazirliyinin Sverdlovsk Baş İdarəsinin əməliyyatçıları tərəfindən dayandırılıb. Həmin vaxt azərbaycanlı iş adamı Elvin Şükürov saxlanılıb:
“İndi isə saxta məhsul istehsalı ilə məşğul olan Şükürovun iki həmyerlisi Ağayev Elməddin İdris oğlu və Verdiyev Mirxas Əliqeydər oğlu saxlanılıb”.
- Hansı hallarda daşınmaz əmlak son alıcıdan geri alına bilər?
- Adil Kərimli bu iddiaları rədd etdi
- 18 il axtarışda olan azərbaycanlı Rusiyada saxlanıldı - Video
- "Dünyagöz"ün baş həkiminə cinayət işi açıldı
- Bakıda mebel sexi bağlandı - Video
- Azovda öldürülənlərin cənazələri ölkəyə gətirildi
- ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
- Eşşəyin dişlədiyi 70 yaşlı kişi öldü