Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin Azərbaycandakı əmlaklarına həbs qoyulub.
BUTA.TV Gününsəsi.info-ya istinadla xəbər verir ki, iş adamına məxsus “Port Baku”dakı mənzilinə, bazarına, bu yaxınlarda “Sea Breeze”də aldığı yeni bir neçə mənzilə, çoxsaylı avtomobillərinə həbs qoyulub.
Bundan başqa Adnan Əhmədzadənin özünün və həyat yoldaşı Gülsəfa Cəfərovanın Azərbaycan banklarındakı hesabları da bloklanıb.
Qeyd edək ki, Adnan Əhmədzadə bir neçə gün əvvəl həbs edilib.
O, mənimsəmə, dövlətin iqtisadi təhlükəsizliyinə təhdid yaradan cinayətlərdə ittiham olunur.
- Hansı hallarda daşınmaz əmlak son alıcıdan geri alına bilər?
- Adil Kərimli bu iddiaları rədd etdi
- 18 il axtarışda olan azərbaycanlı Rusiyada saxlanıldı - Video
- "Dünyagöz"ün baş həkiminə cinayət işi açıldı
- Bakıda mebel sexi bağlandı - Video
- Azovda öldürülənlərin cənazələri ölkəyə gətirildi
- ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
- Eşşəyin dişlədiyi 70 yaşlı kişi öldü