Daşkənddə "Məharət - 2025" qərargah təlimi keçirilir

19:16 - 24 Sentyabr 2025 - GÜNDƏM

 Daşkənddə

Azərbaycanın Müdafiə Nazirliyi ilə Özbəkistanın Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində Daşkənddə "Məharət - 2025" kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.

Bu barədə BUTA.TV-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Silahlı Qüvvələrin Modelləşdirmə və Simulyasiya Tədqiqatları Tədris Mərkəzində "Qanunsuz silahlı birləşmələrin axtarışı, lokallaşdırılması və neytrallaşdırılması" mövzusunda keçirilən təlim iki mərhələdən ibarətdir.

Birinci mərhələdə iştirakçılar mövzu üzrə əməliyyatın planlaşdırılmasını, ikinci mərhələdə isə modelləşdirmə və simulyasiya proqram təminatları üzərindən müvafiq fəaliyyətləri icra edəcəklər.

Bu xəbər hal-hazırda çox oxunur
Cabir İmanovla bağlı şok iddia yayıldı

"Məharət - 2025" təliminin məqsədi iki dövlət arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da təkmilləşdirilməsi, hərbi qulluqçular arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi və qazanılmış hərbi təcrübənin mübadiləsidir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol