Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan 44 günlük müharibə zamanı İrəvanın Azərbaycan ərazisində mülki hədəfləri vurduğunu söyləmişdi.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bildirib.
“Serj Sərkisyan 44 günlük müharibə zamanı Ermənistan tərəfini Gəncənin mülki əhalisinə hücum etməkdə ittiham edərək, ona qarşı ittihamlar irəli sürmüşdü”, - vitse-spiker qeyd edib.
Rubinyan Sərkisyanın sözlərindən sitat da gətirib: “Erməni tərəfi Gəncədə hərbi hədəfləri yox, mülki əhalini hədəfə alıb”.
Xatırladaq ki, 44 günlük müharibə zamanı, 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı vaxtlarda hücuma məruz qalıb.
Oktyabrın 4-də baş tutan ilk hücumda 1 mülki şəxs şəhid olub, 30-dan çoxu yaralanıb. İkinci raket hücumu isə 5 oktyabrda baş verib. Hücum nəticəsində 3 mülki şəxs yaralanıb. Üçüncü raket hücumu oktybarın 8-də olub. Həlak olan və yaralanan olmayıb. Dördüncü raket hücumu isə 11 oktyabrda baş tutub, nəticədə 10 mülki şəxs şəhid olmuş və 40-dan çox insan yaralanıb. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda baş verib. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla. 16 nəfər şəhid olub, 55 nəfər isə yaralanıb.
- İlham Əliyev Keniya prezidentini təbrik etdi
- Azərbaycanla İraq arasında viza rejimi sadələşdirilir?
- Azərbaycan BMT-nin iki komissiyasına üzv seçildi
- Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino
- Moskva ilə siyasi məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...
- Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?
- Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye
- İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...