ABŞ Dövlət katibi Marko Rubio Ermənistan və Azərbaycanı davamlı sülh yoluna çıxarmaqda ABŞ Prezidenti Donald Trampın nailiyyətinin əhəmiyyətini vurğulayıb.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bu barədə Rubionun təşkil etdiyi Transatlantik şam yeməyi ilə bağlı bəyanatında qeyd edilib.
Dövlət katibi sülhün qorunması və rifahın əldə edilməsi üçün transatlantik tərəfdaşlığın əhəmiyyətini, NATO-ya üzv dövlətlərin çəkindirməni gücləndirmək üçün müdafiə xərclərini artırmaqla bağlı tarixi öhdəliyini və Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün diplomatik əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Rubio həmçinin Çinin “bədxassəli təsiri”nə qarşı durmağın vacibliyini qeyd edib.
Yaxın Şərqdə sabitliyə nail olmaq üçün birgə əməkdaşlıq, o cümlədən İranın heç vaxt nüvə silahı inkişaf etdirməməsi və ya əldə etməməsini təmin etmək, Ermənistan və Azərbaycanı davamlı sülh yoluna çıxarmaqda ABŞ Prezidentinin nailiyyətini vurğulayıb.
Dövlət katibi Marko Rubio AB və NATO-ya üzv ölkələrin xarici işlər nazirləri, NATO-nun Baş katibi Mark Rutte, AB-nin ali nümayəndəsi Kaya Kallas və Azərbaycan, Ermənistan, İsveçrə və Ukraynanın xarici işlər nazirləri ilə 2025-ci il Transatlantik şam yeməyinə ev sahibliyi edib.
- İlham Əliyev Keniya prezidentini təbrik etdi
- Azərbaycanla İraq arasında viza rejimi sadələşdirilir?
- Azərbaycan BMT-nin iki komissiyasına üzv seçildi
- Bu, azərbaycanlıların hüquqlarının pozulmasıdır - Marino
- Moskva ilə siyasi məsləhətləşmələr aparıldı: Bakıdakı 11 rus...
- Sabah Rafael Hüseynov VHP-dən qovulacaq?
- Prezidentin yeni təyin etdiyi rektor kimdir? - Dosye
- İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...