İranın ali dini liderinin müşaviri Əli Şamxani "Əl-Mayadin"ə geniş müsahibəsində Azərbaycanı təhdid edib.
BUTA.TV xəbər verir ki, ABŞ-ın İrana hücum ehtimalından danışan Şamxani müxbirin İranın Körfəz və ya Azərbaycan da daxil olmaqla, bölgədəki bütün ABŞ bazalarına zərbə endirib-endirməyəcəyi ilə bağlı suala Şamxani belə cavab verib:
“Əvvəlki müharibə zamanı İranın qeyd olunan bəzi ərazilərdən təhdid edildiyini göstərən dəqiq məlumatlara malik idik. Artıq səbirli olmaq lazım deyil. Bölgədəki bəzi tərəflərə təmkin göstərməyəcəyimizi bildirdik və digərlərini sənədləşdirilmiş şəkildə məlumatlandırmaq niyyətindəyik”.
Qeyd edək ki, nəinki ABŞ-ın, heç bir ölkənin Azərbaycanda hərbi bazası yoxdur. Bunu Azərbaycanın qonşusu olan İranın yüksək səviyyəli rəsmisi Əli Şamxani də gözəl bilir. Amma nədənsə həmişə başqa bir xarici dövlətin təcavüzü ilə üzləşəndə İran rəsmiləri Azərbaycanı təhdid etməyi özlərinə borc bilirlər.
- Trampdan Netanyahuya sərt xəbərdarlıq - “Tezliklə tək qalacaqsan”
- Eldar Əzizovun oğlu yüksək vəzifəyə təyin olundu
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq