Salyan-Qarabağlı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə buna dair videogörüntü paylaşılıb.
Qeyd olunub ki, bu gün səhər saatlarında "Nissan" markalı minik avtomobili "Mersedes" markalı mikroavtobusa çırpılıb.
Hadisənin baş verməsinə səbəb kimi yolun buz bağlaması göstərilir.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Xəsarət alanların olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama
- Bu restorana şortla giriş qadağan edildi - Video