Bu gündən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün (ərizə qəbulunun I mərhələsi) qeydiyyat prosesinə başlanılır.
BUTA.TV xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) 2026-cı il ərzində keçiriləcək imtahanlar və qeydiyyat (cədvəldə göy rəngdə verilib) tarixləri haqqında məlumat cədvəlində öz əksini tapıb.
Qeydiyyat prosesi martın 5-dək davam edəcək.
Bundan əlavə, əvvəlki illərin məzunları üçün I,II,III və IV ixtisas qrupları üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı aprelin 19-da keçiriləcək.
- Avtobusdan istifadə edənləri sevindirən qərar
- Bu xanım şöbə müdiri təyin edildi
- "Azərbaycan Dəmir Yolları" mayda yükdaşımanı 23% artırıb
- Turanın axtarışları davam edir - Foto
- “Azərsun Holdinq” Biləsuvar Konserv Zavoduna mediatur təşkil edib
- Naxçıvanda 2800 illik yazı: Ermənilərə istinadla tərcümə edilib?
- Xaricdə təhsil üzrə sənəd qəbulu başa çatdı
- Prezident fərman imzaladı