21 fevral 2026-cı il tarixində saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifəsini yerinə yetirərkən hərəkətdə olan avtomobilin vurması nəticəsində həlak olan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu Hakim Şahlar oğlu Piriyev Salyan rayonunun Şorkənd kəndində dəfn olunub.
FHN-dən BUTA.TV-a verilən məlumata görə, dəfn mərasimində Fövqəladə Hallar Nazirliyinin rəhbər vəzifəli şəxsləri, mərhumun xidmət yoldaşları, ailə üzvləri və yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, fövqəladə hallar orqanlarında 19 ilə yaxın iş təcrübəsi olan Hakim Piriyev xidmət göstərdiyi müddətdə işgüzar, məsuliyyətli və vətənpərvər əməkdaş kimi kollektivin hörmətini qazanıb. O, iştirak etdiyi çoxsaylı yanğınsöndürmə əməliyyatlarında cəsur və peşəkar yanğınsödürən kimi vəzifə borcunu layiqincə yerinə yetirib.
Allah rəhmət eləsin!
Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
- Lisey və gimnaziyalara qəbul başlayır
- Azərbaycanda bu tarixdə evlənənlərin sayı rekord vurdu
- Bakıda kişi dostunu öldürdü
- Bu nazirə yeni müşavir təyin edildi
- Qarabağ və Şərqi Zəngəzurda səyyar görüşlər keçirildi
- Şortikə görə gənci söyən şəxs üzr istədi - Video
- İki maşın toqquşdu: ölənlər var - Video
- Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirdi