Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilir.
Bugünkü iclasın gündəliyində iki məsələ - Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsi və illik hesabatının dinlənilməsi daxil edilmişdi. Lakin AMEA bu gün açıqlama yayaraq R.Mehdiyev məsələsinə yalnız ona hökm oxunduqdan sonra baxılacağı və qərar veriləcəyini bəyan edib.
“Yeni Sabah” "Qafqazinfo"ya istinadla xəbər verir ki, Azərbaycan elmində əldə olunmuş yeniliklərin müzakirə edildiyi toplantıda AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə rəhbərləri və müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak edirlər. Toplantıda illik hesabat çıxışları səsləndirilir, ötən ilin elmi nəticələri və qarşıya qoyulan digər məsələlər diqqətə çatdırılır.
Maraqlı məqam isə iclas zamanı zaldakı sükutdur. Belə ki, elmi mövzuların müzakirə edildiyi tədbirdə aralarında alimlərin yer aldığı bəzi iştirakçıların mürgülədiyi müşahidə olunub. Bu da müzakirələrin maraqsız və sönük keçdiyinə diqqət çəkir.
Emin Ağalarov atasının ikinci evliliyindən danışdı - “Mediadan öyrəndim”+Video
- Xızı–Altıağac yolu çökdü: AAYDA-dan reaksiya - Video
- Xocavənd sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirildi
- Xanım deputatımızın bu çıxışı tənqid edildi - Video
- Bu həftə ardıcıl 3 gün iş olmayacaq
- Bakı-Ağstafa-Bakı qatarına əlavə reyslər təyin edildi
- Ələsgər Məmmədliyə 15 il həbs tələb edildi
- Toplum TV işi üzrə təqsirləndirilənlərə cəza istənildi
- Sabahın havası: Yağış, 33 dərəcə isti...