Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək

23:29 - 8 İyun 2026 - İDMAN

 Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək

Belarusun BATE (Borisov) UEFA Konfrans Liqasındakı ev oyunlarını Azərbaycanda keçirəcək.

BUTA.TV” xəbər verir ki, Borisov təmsilçisi rəqiblərini qəbul etmək üçün ev stadionu olaraq Sumqayıt şəhərindəki Mehdi Hüseynzadə adına şəhər stadionunu seçib.

Belarus klubu Konfrans Liqasındakı rəqibləri ilə qarşılaşmaları məhz bu arenada keçirəcək.

BATE avrokuboklardakı mübarizəsinə turnirin birinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkatma mərasimi iyunun 16-da keçiriləcək, ilk oyunlar isə iyulun 9-u və 16-sı tarixlərində baş tutacaq.

Qeyd edək ki, Ukraynadakı müharibə səbəbindən UEFA Belarus klublarının öz ev oyunlarını yerli stadionlarda keçirməsini qadağan edib. Bu səbəbdən ölkə təmsilçiləri beynəlxalq matçları neytral meydanlarda keçirmək məcburiyyətindədirlər.

Məlumat üçün bildirək ki, Belarus klubunun məhz Sumqayıtı seçməsinə əsas səbəb paytaxtda yaranacaq sıxlıqdır. Belə ki, Azərbaycanın avrokuboklardakı təmsilçiləri – “Qarabağ”, “Neftçi”, “Zirə” və “Sabah” komandaları təsnifat mərhələsindəki ev matçlarını Bakıda keçirəcəklər.

 

 
 
 
 
Bu gönderiyi Instagram'da gör
 
 
 
 
 
 
 
 
 
 
 

Футбольны клуб БАТЭ Барысаў ???????? (@fcbate)'in paylaştığı bir gönderi

 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol