18 il axtarışda olan azərbaycanlı Rusiyada saxlanıldı - Video

11:22 - 10 İyun 2026 - GÜNDƏM

 18 il axtarışda olan azərbaycanlı Rusiyada saxlanıldı - Video

Rusiya hüquq-mühafizə orqanları Sankt-Peterburqda 18 il axtarışda olan azərbaycanlı Yusif Əliyevi saxlayıblar. 

BUTA.TV” xəbər verir ki, bu barədə “Kommersant” nəşri Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Baş İdarəsindəki mənbəyə istinadən məlumat yayıb. 

54 yaşlı şəxs 2008-ci ildən bir neçə maddə, o cümlədən iki və daha çox şəxsin öldürülməsi maddəsi ilə beynəlxalq axtarışda olub. 

Ona qarşı həmçinin cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq ittihamı irəli sürülüb. Bu maddə üzrə onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı səmasında qəribə görüntü - Video

Saxlanılmadan sonra istintaqın suallarını cavablandıran Yusif Əliyev bu müddətdə gizlənmədiyini, sadəcə Belarusda yaşadığını deyib. O, həmçinin 1990-cı illərin əvvəllərində Azərbaycanda 3 il həbsdə olduğunu, lakin hansı maddə üzrə azadlıqdan məhrum edildiyini xatırlamadığını bildirib. 

Qeyd edək ki, Yusif Əliyev 2009-cu ilin martında hədə-qorxu ilə tələb etmə və adam oğurluğu şübhəsi ilə saxlanılıb. Saxlanılmadan qısa müddət sonra hüquq-mühafizə orqanları Yusif Əliyevi şərti azadlığa buraxıb, o isə qaçıb gizlənib. 



Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol