Azərbaycanın keçmiş dövlət müşaviri, yazıçı-dramaturq Hidayət Orucovun cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib.
BUTA.TV Ölkə.az-a istinadla xəbər verir ki, mərhum paytaxtın Binəqədi rayonunda yerləşən qəbiristanlıqda dəfn olunub.
H.Orucov öz vəsiyyətinə uyğun olaraq, oğlunun məzarı yanında torpağa tapşırılıb.
“Dəfələrlə demişdi ki, məni oğlumun yanında dəfn edin. Vəsiyyətini yerinə yetirdik” - yaxınları bildiriblər.
Mərhumun yas mərasimi iyunun 17-də Bakının Təzəpir məscidində keçiriləcək.
Qeyd edək ki, görkəmli yazıçı-dramaturq, publisist, tərcüməçi, dövlət xadimi və diplomat, Əməkdar incəsənət xadimi Hidayət Orucov iyunun 13-də Türkiyənin İstanbul şəhərində, ömrünün 82-ci ilində vəfat edib.
- Prezident fərman imzaladı
- Marketdə tavan uçdu - İşçi alt mərtəbəyə düşdü
- Sabahın hava proqnozu açıqlandı
- DİM-dən təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət
- Narkotikin təsiri altında avtoşluq etdi, həbs olundu - Video
- Bakıdakı pullu çimərliklərə giriş qiymətləri
- Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlandı
- Müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır