Türkiyədə baş verən zəlzələyə yardım etmək məqsədi ilə Güney Azərbaycanda yaşayan soydaşlarımız da səfərbər olub. Onlardan bəziləri İğdıra gələrək qan vermək istəyir. Bunun üçün nə etmək lazım olduğunu soruşur. Bir çoxu isə xilasetmə işlərinə qoşulub.
Bu barədə BUTA.TV-a Güney Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Camal Mehmetxanoğlu deyib.
O, mərkəzin başlatdığı yardım kampaniyasından da söz açıb:
“Mərkəzimizin başlatdığı yardım kampaniyasında soydaşlarımızın aktiv rol oynayacağına əminəm. Bu, Türkiyədə Güney Azərbaycan türkləri haqqında bilginin artması üçün də önəmlidir. Çünki bəzi insanlar İranda 40 milyona yaxın türkün olmasından və azadlıq uğrunda başlatdıqları mübarizədən xəbərsizdir. Soydaşlıq borcumuzu ödəməklə yanaşı, adımızın da yaxşı mənada tanınmasına nail ola bilərik”.
Mehmetxanoğlu gün ərzində Güney azərbaycanlılardan dəstək mesajları aldığını da diqqətə çatdırıb:
“Kampaniyaya qoşulan soydaşlarımız hansı ehtiyacın qarşılanmasının daha vacib olduğunu soruşur. Biz də əlimizdən gəldiyi qədər onları istiqamətləndiririk. Yardıma qoşulanlar arasında İzmirdə yaşayan təbrizli dostlarımız var. Onlar hər cür maddi və mənəvi dəstəyini əsirgəmir”.
Mərkəz rəhbəri bildirib ki, yardım kampaniyasına qoşulmaq istəyənlər 0090533 2714949 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir