İlkin qiymətləndirmələrə görə, zəlzəninin nəticələrini aradan qaldırmaq üçün milyardlarla dollar vəsait lazım olacaq ki, bu da Türkiyədə iqtisadi artım tempini 2 faiz bəndi azalda bilər.
BUTA.TV xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
“13.4 milyon vətəndaşın yaşadığı bölgədə minlərlə bina, o cümlədən evlər, sosial obyektlər, hospitallar və digər infrastrukturun yenidən bərpası ciddi maliyyə resursları tələb edir. Ötən il Türkiyə lirəsi dollar qarşısında 30 faizə yaxın dəyər itirdi və istehlak bazarında qiymətlər 85 faiz yüksəldi. Bununla yanaşı, qardaş dövlət 2023-ci ilə kifayət qədər nikbin gözləntilər ilə başlamışdı. Bu ilin ilk ayında lirənin kursu optimal intervalda dəyişdi və iqtisadi artım canlandı. Bu isə illik kifayət qədər pozitiv proqnozlar verməyə imkan yaradırdı”, - iqtisadçı qeyd edib.
Bayramov bildirib ki, Türkiyə zəlzənin nəticələrini aradaq qaldırmaq üçün xarici borclanmaya da getməli ola bilər:
“Hazırda xarici borcun ÜDM-ə nisbəti 34.0 faizdir. Beynəxalq ekspertlər bu rəqəmin ilin sonunda 43.0 faizədək yüksələcəyini gözləyir”.
Millət vəkilinin sözlərinə görə, bütün bunlarla yanaşı, Türkiyə belə ağır günləri arxada qoymaq, həmin əraziləri qısa müddətdə bərpa etmək gücünə malikdir.
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir