Türkiyədə dağıntılar fonunda siyasətdən bəhs etmək “vaxtsız” görünsə də, zəlzələnin baş verdiyi dövrün siyasi həssaslığı “seçkilərə necə təsir edəcək” sualını da yaradır və ümumi rəy “Ərdoğanın hakimiyyəti itirəcəyi” yönündədir.
İqtisadi çətinliklər fonunda dağıdıcı zəlzələnin baş verməsi də bu gözləntini artırır. Və Ərdoğana qarşı “altılı masa”da birləşən müxalifət üçün mövcud vəziyyət “göydəndüşmə fürsət” olaraq görünür.
Hərçənd, hər şeyi hələ “isti” olan mövcud vəziyyət yox, dağıntılar üzərindən aparılacaq siyasi marafonda AKP-nin hansı addımlar atacağı həll edə bilər. Ərdoğanın açıqlamalarından da görünür ki, hakimiyyət zəlzələ qurbanlarına dəstək və dağılan bölgələrin bərpası istiqamətində addımlarla “xal itkisi”ni bərpa etməyə çalışacaq. Bunun fonunda müxalifətin ittihamlarına qarşı iki istiqamətdə müdafiə xətti quracaq:
- Bu, təbii fəlakətdir və heç kim sığortalanmayıb;
- Müxalifət “fəlakət üzərindən siyasi divident qazanmaq” istəyir.
Bu kontekstdə Kılıçdaroğlunun zəlzələ bölgəsindən “seçkiyə hesablanmış” kimi görünən ilk videoçıxışı uğursuz idi. Xüsusilə zəzələ baş verən bölgələrin AKP-nin “qalaları” hesab olunması müxalifətə qarşı “fəlakət üzərindən siyasi divident qazanmaq” ittihamını gücləndirə bilər.
Kılıçdaroğlundan fərqli olaraq, Ərdoğan nöqsanların olduğunu etiraf etməklə ilk xalını qazanmış oldu və bu etiraf ittihamları seçicilərin gözündə müəyyən qədər yumşalda bilər. Zəlzələ bölgəsində inşaat işlərini həyata keçirənlərin cəzalandırılması də təzyiq dalğasını zəiflədə biləcək amillərdəndir.
Hazırda hər şey Ərdoğanın əleyhinə görünsə də, müxalifətin lehinə olacağını demək də tezdir və nəticəyə müxalifətdən daha çox, hakimiyyətin nə edəcəyi təsir edəcək.
- Hüseyndən həbs xəbərlərinə reaksiya
- Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır!
- Pakistan Azərbaycan və Türkiyəyə belə təşəkkür etdi - Foto
- Kallas Mirzoyanla görüşdü, Bakı ilə sülhdən danışdı
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Piriyev kimdir?
- BƏƏ-dən qızıl gətirən DGK-nın vəzifəliləri ilə bağlı yeni xəbər
- Baş Prokurorluğun sorğusuna dair qərar qəbul edildi
- Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi