Türkiyənin zəlzələ bölgəsində 218 406 nəfərlik şəxsi heyət, 12 487 texniki və tikinti avadanlıqları fəaliyyət göstərir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Tvitter hesabında yazıb.
“Siyasi baxışından və mövqeyindən asılı olmayaraq, kömək etməyə tələsən, zəlzələ bölgəsinə qaçan bütün qeyri-hökumət təşkilatları və könüllülərlə əməkdaşlığa davam. Biz birlikdə bizik. Türkiyə yaşadığı bu ağır günlərdə qətiyyətini itirmir. Faciəmiz böyükdür, amma əzmimiz, qardaşlığımız daha böyükdür”, - Kalın bildirib.
- Naxçıvanda 2800 illik yazı: Ermənilərə istinadla tərcümə edilib?
- Xaricdə təhsil üzrə sənəd qəbulu başa çatdı
- Prezident fərman imzaladı
- Prezidentdən Ramiz Fətəliyevlə bağlı sərəncam
- “Bakcell”in yeni baş icraçı direktoru o seçildi
- Novxanıda gizli narkobunker aşkarlandı - Video
- Şimşək, dolu, sel... - Xəbərdarlıq
- Binəqədidə küçədən neft çıxır? - Video