İrəvanın Ankaraya yardım təmaslarının ölkələrarası münasibətləri yaxşılaşdıracağına və ya bölgədəki vəziyyəti dəyişdirəcəyinə inanmıram. Bu proseslərin ardınca durğunluq olacaq. Çünki Ankara çox praqmatikdir, kifayət qədər sərtdir, geosiyasi xəttini ardıcıl şəkildə davam etdirir.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Vladimir Lepexin deyib.
“Ermənistanın maraqları bu xətt üzərində qurulmayıb. İrəvan Ankara üçün heç bir məsələdə avtoritet deyil. Paşinyan komandası tez-tez Türkiyəyə meyillənir və bu ölkəyə qarşı prinsipial mövqe nümayiş etdirmir. Türkiyənin və müvafiq olaraq, Azərbaycanın regionda təsirinin güclənməsi bundan sonra da davam edəcək. Bu amil vasitəsilə NATO-nun təsiri artacaq, Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa cəhdlər ediləcək”, - o bildirib.
Lepexin qeyd edib ki, əgər Rusiya müharibədən uğurla çıxıb məqsədlərinə çatarsa, bundan sonra Cənubi Qafqazda nüfuzunu bərpa etməyə, Qarabağda sülhməramlıların və Gümrüdəki hərbi bazanın mövcudluğunu uzatmağa çalışacaq:
“Amma hərbi kampaniya Rusiya üçün pis başa çatsa və sülh sazişində Qərb şərtləri üstünlük təşkil etsə, Moskvanın Cənubi Qafqazda təsirini bərpa etmək ehtimalı azdır. Belə olan halda Ermənistanın hansı şəraitdə və şərtlərsə Türkiyə, eləcə də onun müttəfiqinə yanaşacağı maraqlıdır. Bu, proses İrəvanı yeni “ərazi itkiləri” ilə hədələyir”.
- Eldar Əzizovun oğlu yüksək vəzifəyə təyin olundu
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq
- Ürəyi ikinci dəfə dayanan Eriksendən ilk - Açıqlama