Türkiyənin “Hatayspor” klubunun futbolçusu Kristian Atsu Hatay vilayətində baş vermiş zəlzələdə ölüb.
BUTA.TV xəbər verir ki, bu barədə yarımmüdafiəçinin agenti Murad Uzunmehmet məlumat yayıb.
O, 31 yaşlı vingerin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib.
Xatırladaq ki, Kristian Atsu karyerası ərzində Portuqaliyanın "Portu", İngiltərənin "Çelsi", "Everton" və "Nyukasl" kimi klublarında da çıxış edib.
Qeyd edək ki, bir müddət əvvəl K. Atsunin dağıntılar altından çıxarılması ilə bağlı məlumat yayılmışdı.
- Trampdan Netanyahuya sərt xəbərdarlıq - “Tezliklə tək qalacaqsan”
- Eldar Əzizovun oğlu yüksək vəzifəyə təyin olundu
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq