Ötən il dekabrın 12-dən bu günədək aksiyanın keçirildiyi ərazidən 2500 nəqliyyat vasitəsi keçib. Bu, blokadanın olmadığını sübut edir.
BUTA.TV xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikri “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışında söyləyib.
“Dekabrın 12-dən bu günədək, - bizim vətəndaş cəmiyyətindən olan fəallarımız blokpostda olduğu dövrdə, oradan 2500 nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin nəqliyyat vasitələri keçib. Qırmızı Xaç Komitəsi tərəfindən 100-dək pasiyent Qarabağdan Ermənistana müalicəyə aparılıb. Əgər yol açıqdırsa, bunu necə blokada adlandırmaq olar?”, - İ.Əliyev bildirib.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər