Rusiya ABŞ Prezidenti Co Baydenin fevralın 20-22-nə planlaşdırılan Avropa səfəri ərəfəsində genişmiqyaslı nüvə təlimlərinə başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, Rusiya özünün “Monolit” mərkəzlədirilmiş döyüş idarəetmə sisteminin nümunəvi sınağını təşkil edib:
"Xüsusilə, Strateji Nüvə Qüvvələrinin sistemi ən yüksək döyüş hazırlığına keçirilib. Rusiya Silahlı Qüvvələri də dəniz və quru ballistik raketlərinin, eləcə də havadan buraxılan qanadlı raketlərin buraxılması üçün strateji nüvə qüvvələrinin komponentlərini hazırlamağa başlayıb.
Strateji raket sualtı qayığının ekipajı döyüş hazırlığı və buraxılış zonasına mümkün çıxış barədə məlumatlandırılıb. Həmçinin Tambov aviabazasında uzaqmənzilli aviasiya komandanlığının köməkçi komanda məntəqəsi yerləşdirilib".
Qeyd olunur ki, Rusiya Ukraynanın tərəfdaşlarına təzyiq etmək üçün belə nüvə şantajı həyata keçirir.
- Trampdan Netanyahuya sərt xəbərdarlıq - “Tezliklə tək qalacaqsan”
- Eldar Əzizovun oğlu yüksək vəzifəyə təyin olundu
- Vurulan gəmidə olan azərbaycanlıdan xəbər yoxdur - Video
- Bu gecə “qovuşurlar”
- Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək
- Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
- Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
- İyul imtahanları öncəsi mühüm xəbərdarlıq