Vaşinqton Gürcüstanda vətəndaş müharibəsi hazırlayır, ABŞ üçün bu, sınaqdan keçirdiyi hökuməti devirmək ssenarisidir.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Adalbi Şxaqoşev deyib.
“Vaşinqton Gürcüstanda böyük vətəndaş müharibəsi hazırlayır. Döyüşçülər Ukraynadan Gürcüstana köçürüləndə bunun artıq baş verdiyi aydın olur. Maydan hadisələri zamanı döyüşçülər Gürcüstandan Ukraynaya aparıldı, indi isə Ukraynadan Gürcüstana...”, - deyə o bildirib.
Qeyd edək ki, Gürcüstanın vitse-spikeri Giya Volski ölkəyə Ukraynadan Saakaşvili tərəfdarı olan döyüşçülərin gəldiyini iddia edib.
- Bakıda 33 dərəcə isti olacaq
- TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına buradan start verildi
- Zakir Həsənov Serbiyada rəsmi səfərdədir - Foto
- Piterdəki Baş Konsulluğumuz bu tarixdə bağlı olacaq
- “Qarabağ”ın rəqiblərinin adları bəlli oldu - “Ferentsvaroş”la qarşılaşacaq
- Azərbaycanda gələn həftə yüzlərlə obyekt bağlanacaq
- Bakının mərkəzində yolda çökmə: İri çuxur yarandı - Foto
- 19,4 min şəxsə əlillik təyin olundu