İdmançıların müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul edilməsi ilə bağlı təklifi doğru hesab etmirəm.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, hər il ona müxtəlif şəxslərdən övladlarının ali məktəblərə daxil olması üçün rektorlarla görüşməsini xahiş edirlər:
“Lakin mən bunu etmirəm. Amma siz deyirsiz ki, həmin şəxslərə şərait yaradaq. Sizi əmin edirəm ki, Azərbaycan reallığında bunu müsabiqədənkənar etsəniz, nəticəsini ala bilməyəcəksiniz”.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə idmançıların müsabiqədənkənar ali məktəblərə qəbul edilməsinin doğru olacağını bildirib. Bunun üçün ildə 400-500 tələbəni ali məktəblərə qəbul edə biləcəklərini diqqətə çatdırıb.
- Urmiya gölü ilə bağlı şad xəbər
- Marketlərdə bu məhsullar kəskin bahalaşdı
- Eynulla Fətullayev təsdiqlədi: “Ağabala”nı da satıb
- Qaz şəbəkəsinə qoşulma ilə bağlı məlumatlandırma tədbiri...
- “Azərlotereya” ilə möhtəşəm əyləncə geri qayıdır!
- Bakının İzmit parkında söküntünün məqsədi... - Rəsmi
- Bakıda 33 dərəcə isti olacaq
- TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına buradan start verildi