Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) paracüdo üzrə milli komandasının üzvü Namiq Abaslı Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.
BUTA.TV AMPK-ya istinadla xəbər verir ki, turnirdə 73 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Martın 16-dək davam edəcək turnir “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
Qeyd edək ki, yarışdan əvvəl Beynəlxalq Paralimpiya Komitəsinin qaydalarına uyğun olaraq idmançılar üçün göz tibbi təsnifat keçirilib. Tibbi təsnifatdan uğurla keçmiş idmançılar yarışda iştirak hüququ əldə ediblər.
- Bu kreditlər üzrə faizləri dövlət ödəyəcək – Rəsmi
- Ərinin qətlini sifariş verən qadına ağır cəza - Foto
- Urmiya gölü ilə bağlı şad xəbər
- Marketlərdə bu məhsullar kəskin bahalaşdı
- Eynulla Fətullayev təsdiqlədi: “Ağabala”nı da satıb
- Qaz şəbəkəsinə qoşulma ilə bağlı məlumatlandırma tədbiri...
- “Azərlotereya” ilə möhtəşəm əyləncə geri qayıdır!
- Bakının İzmit parkında söküntünün məqsədi... - Rəsmi