Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırladığı “İlk Prezident təqaüdçüləri” layihəsinin növbəti iştirakçısı Dövlət Təhlükəsizliyi Xidmətinin baş idarə rəisi, ədliyyə general-mayoru Həsən Mansurov olub.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
O, ulu öndər Heydər Əliyevin 2002-ci ildə imzaladığı sərəncamla Prezident təqaüdünə layiq görülüb.
Həsən Mansurov həmin il ali məktəblərə qəbulda 3-cü ixtisas qrupu üzrə ən yüksək nəticəni göstərib.
Bakı Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olub, Bakı-Türk liseyinin məzunudur. Mansurov daha sonra ən yüksək balla BDU-da magistratura pilləsində təhsil alıb.
Əmək fəaliyyətinə hüquq-mühafizə orqanlarında başlayan general Mansurov, DTX-yə qədər bir sıra dövlət qurumlarında çalışıb.
Həsən Mansurov 2002-ci ildə Heydər Əliyevin Prezident təqaüdçüləri ilə görüşünü belə xatırlayır:
“Ulu öndər tələbələrə Azərbaycanın gələcəyi ilə bağlı böyük ümidlərlə baxdığını bildirdi. Bu sözlərin təsirində Azərbaycan gənci olmağın nə qədər şərəfli olduğunu, eyni zamanda nə qədər məsuliyyətli olmalı olduğumuzu hiss etmişik. Bütün sözləri, fikirləri xatirimizdədir”.
- Oman sahillərində tanker yandı: itkilər var - Video
- Ordumuz Xəzərdə “düşməni” məhv etdi - Foto
- “Highland Residence”də mənzillər 20 ilədək ipoteka imkanı ilə
- Vəzifəli şəxslər küçə itlərinin yempulunu da mənimsəyiblər
- Məktəblərdə dərsliklər yığılır
- “Son zəng”lə bağlı daha bir açıqlama: Bunlar qadağandır!
- Bakıda “Hunday” yandı - Video
- Bu kreditlər üzrə faizləri dövlət ödəyəcək – Rəsmi