Yunan-Roma güləşçimiz Xasay Həsənli Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanıb.
BUTA.TV xəbər verir ki, çempionatda 77 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz qitə birinciliyinə inamlı start verib. Ötən il analoji yarışın qalibi olan pəhləvanımız əvvəlcə türk Şahan Acara (10:0), daha sonra isə litvalı Aistis Liauqminasa (9:0) tam üstünlüklə qalib gəlib. Yarımfinalda ukraynalı Nikita Politayevdən (5:1) güclü olan X.Həsənli finalda moldovalı Aleksandrin Qutu ilə üz-üzə gəlib. Rəqibinə 3:6 hesabı ilə məğlub olan güləşçimiz Avropa ikincisi olub.
- Sosial şəbəkələrdə yaşın yoxlanılması necə olacaq?
- "Highland Residence"də dəniz mənzərəli studiya mənzillər satışda
- Hacıqabulda güclü yanğın başladı - Video
- Bakının bu rayonunda qaz olmayacaq
- Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat
- Əli Kərimlinin həbs müddəti uzadıldı
- 70 yaşlı kişinin ölümünə eşşək səbəb olub? - Həkim
- Bakıdan bu şəhərə birbaşa reys açılır