Naxçıvan Avtomobil Zavodu yeni “Maple X3 PRO” avtomobillərinin istehsalına və satışına başlayıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, dinamik görünüşə malik olan yeni model həm eksteryeri, həm də interyeri ilə diqqəti cəlb edir.
Avtomobil ekonomiklik baxımından da sərfəlidir. Belə ki, “Maple X3 pro” modellərinin yanacaq sərfiyyatı qarışıq rejimdə 5.9 litr təşkil edir. Arxa park radar və görüntü kamerası ilə təchiz olunub. Eyni zamanda çoxfunksiyalı sükan, sensor monitor, USB giriş, dəri oturacaqlar, kondisioner, mərkəzi kilid sistemi hərəkət zamanı sürücülərə əsl rahatlıq yaşadacaq.
İstehsalçı avtomobili iki variantda – mexaniki və avtomat sürətlər qutusu ilə təchiz edərək satışa çıxarır.
Avtomobillər istehsal xəttindən buraxıldıqdan sonra xüsusi ayrılmış ərazidə yoxlanılır, test yürüşü edilərək satış salonlarına göndərilir. Avtomobil Avro 4 standarlarına cavab verir və müxtəlif rəng seçimləri ilə təklif olunur.
- Sosial şəbəkələrdə yaşın yoxlanılması necə olacaq?
- "Highland Residence"də dəniz mənzərəli studiya mənzillər satışda
- Hacıqabulda güclü yanğın başladı - Video
- Bakının bu rayonunda qaz olmayacaq
- Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat
- Əli Kərimlinin həbs müddəti uzadıldı
- 70 yaşlı kişinin ölümünə eşşək səbəb olub? - Həkim
- Bakıdan bu şəhərə birbaşa reys açılır