Bakıda və Abşeron yarımadasında martın 16-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Səhər saatlarında duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-17° isti olacaq.
Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında sabah səhər saatlarından başlayaraq havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-7° isti olacaq.
- Hacıqabulda güclü yanğın başladı - Video
- Bakının bu rayonunda qaz olmayacaq
- Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat
- Əli Kərimlinin həbs müddəti uzadıldı
- 70 yaşlı kişinin ölümünə eşşək səbəb olub? - Həkim
- Bakıdan bu şəhərə birbaşa reys açılır
- Uşaqların sosial şəbəkədən istifadəsi: Yeni qadağalar...
- Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi...