8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisinin döyüldüyü iddia edilib.
BUTA.TV xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, idarə rəisi döyülüb, ağır xəsarətlər alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.az-a bildirib ki, qeyd olunan məsələ barədə Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət daxil olmayıb:
“Amma sosial şəbəkələrdə yayılan iddialarla bağlı araşdırmalara başlanılıb. Tofiq Əsgərov ilkin ifadəsində yıxılaraq xəsarət aldığını bildirib. Hazırda müvafiq ekspertiza təyin olunub və şöbənin Təhqiqat bölməsində araşdırmalar davam etdirilir”.
- "Nar" abunəçiləri üçün eSIM nömrələrdə Asan İmza xidməti...
- Göygöldə 2 nəfər göldə batdı
- Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı...
- Prezident onlara yüksək vəzifə verdi
- Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı
- Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu
- Bakı metrosu yay qrafikinə keçir
- DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub