Rusiya ordusunda qeyri-döyüş itkilərinin ən böyük səbəbi alkoqollu içkilərdir.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
“Rusiya Ukraynada 200 minə qədər itki versə də, bunların az bir hissəsini qeyri-döyüş şəraitində ölənlər təşkil edir. 27 mart 2023-cü il tarixində Rusiyanın Teleqram kanalları Rusiya qoşunları arasında alkoqolla bağlı insidentlərin, cinayətlərin və ölümlərin son dərəcə yüksək olduğunu yazmışdı. Alkoqoldan istifadə Rusiya cəmiyyəti və hərbçilər arasında adi haldır. Bu, Ukraynaya qarşı genişmiqyaslı müharibənin aparıldığı dövrə də aiddir”, - hesabatda qeyd olunub.
- İki nəfər göldə boğuldu - Biri uşaqdır
- "Nar" abunəçiləri üçün eSIM nömrələrdə Asan İmza xidməti...
- Göygöldə 2 nəfər göldə batdı
- Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı...
- Prezident onlara yüksək vəzifə verdi
- Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı
- Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu
- Bakı metrosu yay qrafikinə keçir