Aprelin 3-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 13-18° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.
- İki nəfər göldə boğuldu - Biri uşaqdır
- "Nar" abunəçiləri üçün eSIM nömrələrdə Asan İmza xidməti...
- Göygöldə 2 nəfər göldə batdı
- Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı...
- Prezident onlara yüksək vəzifə verdi
- Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı
- Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu
- Bakı metrosu yay qrafikinə keçir