Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
BUTA.TV Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə Səlim Müslümovun vəkilləri vəsatətlə çıxış edib.
Vəkillər israfetmə epizodu üzrə ayrılmış cinayət işində dəymiş ziyanın ödənişi ilə bağlı hazırkı vəziyyəti öyrənmək üçün istintaq orqanına sorğu verilməsini xahiş ediblər.
Vəkillər həmçinin hazırda istintaqda olan cinayət işi üzrə cəlb olunan şəxslərin, xitam verilən işlərin sayının müəyyən edilməsini də istəyiblər.
Hakim bildirib ki, istintaqda israf etmə ilə bağlı ayrılan cinayət işində məsuliyyətə cəlb olunan şəxslərin dairəsi müəyyənləşdirilir:
"Biz həmin iş üzrə nə qədər ziyanın ödənilməsini öyrənməliyik. Bu, gələcəkdə məhkəmənin hökm çıxaran zaman nəzərə alması üçün vacibdir".
Hakim deyib ki, hazırkı mərhələdə nə qədər ziyanın ödənilməsi ilə bağlı istintaq orqanından şifahi cavab almaq üçün müraciət olunacaq.
- İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayıldı
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq