ABŞ hərbi müxbir Vladlen Tatarskinin Sankt-Peterburqda ölməsi ilə bağlı xəbərdən məlumatlıdır. Baş verənlər və cinayətə görə kimin məsuliyyət daşıdığı barədə daha ətraflı məlumata malik deyil.
BUTA.TV xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O, jurnalistlərə Tatarskinin ölümü ilə bağlı sualı cavablandırarkən deyib:
“Biz də sizin kimi xəbərləri gördük, amma baş verənlərlə bağlı daha ətraflı məlumatımız yoxdur”.
Qeyd edək ki, Tatarski ötən gün Sankt-Peterburqdakı "Strit-bar" kafesində baş verən partlayışda ölüb. Kafenin “Vaqner”in sahibi Priqojinə məxsus olduğu bildirilir.
Bu gün hərbi müxbir Vladlen Tatarskinin ölümünü şərh edən Priqojin hadisənin arxasında Ukrayna hakimiyyətinin dayanmadığını bildirmişdi.
- İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayıldı
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq