Sanksiyalar səbəbindən Rusiyada ABŞ dolları əvəzinə Çin yuanı ən çox satılan valyuta olub.
BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” Moskva birjasının gündəlik hesabatlarına əsasən məlumat yayıb.
Bildirilib ki, yuan ilk dəfə 2023-cü ilin fevralında aylıq ticarət həcminə görə dolları ötmüşdü. Martda isə fərq daha da böyüdü:
“ABŞ və AB-nin sanksiyalarından əvvəl Rusiya bazarında yuanla ticarətin həcmi cüzi idi. İndi Rusiya şirkətləri dollar və avro ilə xarici ticarət əməliyyatlarını sanksiyalara qoşulmaqdan imtina edən ölkələrin valyutalarına çevirməyə məcburdur. Maliyyə Nazirliyi bu ilin əvvəlində bazar əməliyyatlarını dollar əvəzinə yuana keçirib və Milli Sərvət Fondunun aktivlərinin 60%-nin yuanda saxlanılması üçün yeni struktur hazırlayıb. Rusiya Bankı da mütəmadi olaraq şirkətləri və fiziki şəxsləri aktivlərinin bloklanması və ya dondurulması riskinin qarşısını almaq üçün onları rubl və ya “dost” valyutalara çevirməyə çağırır”.
- İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayıldı
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq