Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri, general-polkovnik Andrey Kartapolov xaricdə işləyən hərbi mükəlləfiyyətli ölkə vətəndaşlarına məzuniyyət götürüb geri qayıtmağı məsləhət görüb.
BUTA.TV xəbər verir ki, deputat xaricdə işləyən və hərbi xidmətə çağırış kağızı alan Rusiya vətəndaşlarına birillik məzuniyyət götürüb vətənə qayıtmağı və hərbi xidmətdən sonra yenidən işinə dönməyi məsləhət görüb.
Eyni zamanda, o bildirib ki, xaricdə yaşayan və hərbi mükəlləfiyyəti olmayan Rusiya vətəndaşları elektron çağırış kağızı alıblarsa, bu hərbi xidmətə uyğunsuzluq barədə müvafiq sənədləri elektron poçt vasitəsilə göndərə bilərlər.
Qeyd edək ki, Dövlət Duması Rusiyada vətəndaşların hərbi uçotu barədə məlumatlardan ibarət vahid reyestrin yaradılması barədə qanun qəbul edib.
- Dünya Çempionatında - “Qırmızı rekord” - Fotolar
- Dünyanın ilk trilyonçusu oldu
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı