Göygöl Rayon Polis Şöbəsinə rayonun A. Hacıyev küçəsində BMW və Porsche markalı minik avtomobillərin yanması ilə bağlı məlumat daxil olub.
Bu barədə Buta.tv-ə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.
"Dərhal Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəlib. YMX əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb xəsarət alan olmayıb.
Polis əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Hacıyev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə E.Qasımov bildirib.
- Dünya Çempionatında - “Qırmızı rekord” - Fotolar
- Dünyanın ilk trilyonçusu oldu
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı