Ukraynanın müdafiə naziri Aleksey Reznikov Türkiyədən üzr istəyib.
BUTA.TV xəbər verir ki, nazir bu barədə Tvitterdə yazıb.
"Biz minlərlə günahsız insanı dəfn etməyin nə olduğunu başa düşürük", - Reznikov qeyd edib.
O, həmçinin müharibənin ilk günündən Ukraynaya verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib:
"Ukraynada və Türkiyədə olan hər kəsdən səmimi qəlbdən üzr istəyirəm".
Qeyd edək ki, A.Reznikov İspaniyanın "La Razon" nəşrinə müsahibəsində deyib ki, müharibədə həlak olan ukraynalı hərbçilərin sayı Türkiyədəki zəlzələdə ölənlərin sayından azdır.
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Sosial şəbəkələr çökdü
- Feysbuk, İnstaqram və Vatsap veb çökdü - Yenilənib
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı