İranın vitse-prezidenti Məsud Mirkazımi istefa verib.
BUTA.TV İran mediasına istinadən xəbər verir ki, bunu İran hökumətinin mətbuat katibi Əli Bahaduri Cahromi deyib.
O bildirib ki, M.Mirkazımi səhhətində yaranan problemlərə görə vəzifədən ayrılıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi Nazirlər Kabinetinin aprelin 17-də keçirilən iclasında ictimaiyyət və mətbuatın M.Mirkazıminin işdən çıxmasını problem kimi dəyərləndirməməli olduğunu bildirib. Rəisi vurğulayıb ki, hökumət onun təcrübəsindən istifadə edəcək.
Xatırladaq ki, daha əvvəl M.Mirkazımi Proqram və Büdcə Təşkilatının sədri vəzifəsindən də azad edilib.
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Sosial şəbəkələr çökdü
- Feysbuk, İnstaqram və Vatsap veb çökdü - Yenilənib
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı