Böyük Britaniya və Almaniya Hərbi Hava Qüvvələrinin təyyarələri ötən cümə günü Baltik dənizi üzərində Rusiyanın üç hərbi təyyarəsini müşayiət edib.
BUTA.TV xəbər verir ki, bu barədə Kral Hərbi Hava Qüvvələrinin məlumatında deyilib.
Qeyd olunub ki, qırıcılar NATO hava məkanı yaxınlığında uçan bir neçə naməlum təyyarənin qarşısını almaq və vizual olaraq müəyyən etmək üçün havaya qaldırılıb.
Açıqlamada bildirilir ki, İl-20 Rusiya materikindən Kalininqrad vilayətinə hərəkət edib. Təyyarəni şimal-qərb zonasından cənuba doğru müşayiət edən iki Su-27 qırıcısı qarşılayıb.
Qeyd edək ki, mart ayında Almaniya və Böyük Britaniyanın "Eurofighter" təyyarələrinin Estoniya, Latviya və Litva üzərindəki hava məkanını birgə patrul edəcəyi bildirilib.
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Sosial şəbəkələr çökdü
- Feysbuk, İnstaqram və Vatsap veb çökdü - Yenilənib
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı