2023-cü ilin mart ayında Bakıda şadlıq saraylarında sifarişlərin sayı 67.4 faiz azalıb.
BUTA.TV xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin yaydığı məlumata əsasən, bunun əsas səbəbi mart ayının 22-dən etibarən Ramazan ayının başlaması və bayram günlərinin sayının çox olması ilə bağlıdır.
Bununla yanaşı şadlıq saraylarında mart ayında qiymətlər 8.4 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiymət artımı daha çox olub: 11.4 faiz.
Qiyməti 40-80 manat olan menyuların qiyməti 7.6 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 6.3 faiz artım qeydə alınıb.
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Sosial şəbəkələr çökdü
- Feysbuk, İnstaqram və Vatsap veb çökdü - Yenilənib
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı