İsrail İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün hər şeyi edəcək.
BUTA.TV xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen çinli həmkarı Qin Qanq ilə telefon danışığı zamanı bildirib.
O, Pekindən İranın nüvə proqramını dayandırması üçün təsir göstərməsini istəyib:
"Mən bu gün Çinin xarici işlər naziri Qin Qanq ilə danışdım. Mən onu Yaxın Şərqin və dünyanın bir çox ölkələri üçün təhlükə yaradan nüvə proqramının irəliləyişini dayandırmaq üçün İrana təsir göstərməyə çağırdım. İsrail dövləti Tehrandakı terrorçu rejimin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün istənilən yolla hərəkətə keçəcək".
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Sosial şəbəkələr çökdü
- Feysbuk, İnstaqram və Vatsap veb çökdü - Yenilənib
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi
- Bakı Limanında quru yük aşırılması 77% artıb
- Hirkan Milli Parkında şəlalədə çimərkən batdı