Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla “pozulmuş hərbi balansı” bərpa etmək üçün ciddi proqramların olduğunu bəyan edib.
BUTA.TV xəbər verir ki, Paşinyan bunu hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Vigen Xaçatryanın sualını cavablandırarkən deyib.
İki ölkə arasında hərbi potensial baxımından çox böyük uçurum olduğunu deyən deputat hökumətin bu uçurumu azaltmaq üçün nələr etdiyini də soruşub.
“Biz tarazlığı bərpa etmək üçün çox ciddi proqramlar hazırlamışıq, lakin onları ictimai müzakirə etməyəcəyik”, - Paşinyan bildirib.
O qeyd edib ki, milli təhlükəsizlik məsələlərini bağlı qapılar arxasında təkcə iqtidar fraksiya ilə deyil, müxalifət deputatları ilə də müzakirə etməyə hazırdır.
- Avtoşluq edən sürücülər həbs edildi - Video
- Rüfət Səfərov 8 il müddətinə həbs edildi
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Sosial şəbəkələr çökdü
- Feysbuk, İnstaqram və Vatsapdakı problem aradan qalxdı - Yenilənib
- FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edildi
- Əli Əsədov yeni qərar imzaladı
- İlqar Hacıyevə yüksək vəzifə verildi