Bu gündən Bakıda fəaliyyət göstərən taksi şirkətləri qiymətləri sabitləşdirib.
BUTA.TV xəbər verir ki, artıq taksi şirkətləri bu gün səhər saatlarından başlayaraq, ənənəvi qiymətləri tətbiq edirlər.
Qeyd edək ki, Formula-1 Azərbaycan Qran-Prisi ilə bağlı Bakının mərkəzi hissəsində bəzi yolların bağlanması, eyni zamanda, yarışa baxmaq üçün 30 mindən çox əcnəbi turistin ölkəyə gəlməsi səbəbindən taksi xidmətlərinə tələbatın artmasına görə son bir həftədə taksi şirkətləri qiymətləri 60-80% civarında qaldırmışdı.
Bu gün 08:00-dan etibarən Formula-1 yarışlarına görə bağlanan bütün yollar açılıb.
- Sərnişin avtobusu “Renc Rover”lə toqquşdu: yaralılar var
- 20 ildir ki, o kuboku istəyir... - Fotolar
- Sumqayıtda əməliyyat: qadın saxlanıldı
- Tovuzda 39 yaşlı kişi kanalda batdı - Foto
- Sürücülərin nəzərinə: Sığorta sistemində yeni güzəştlər...
- “Bütün məsuliyyəti Vaşinqton daşıyacaq”
- Zakir Həsənov Asim Munirə başsağlığı verdi
- İş saatlarının dəyişdirilməsi: Bakıda tıxac azaldacaq?