Rus ordusunun Ukraynadakı problemləri hələ də həll olunmayıb. Buna görə də tez-tez generalların qovulması baş verir.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
“Buna misal olaraq səkkiz ay hərbi maddi-texniki təchizata rəhbərlik etmiş Rusiya müdafiə nazirinin müavini general-polkovnik Mixail Mizintsevin vəzifəsindən azad edilməsini göstərmək olar. Mizintsevin işdən çıxarılması dərhal təsdiqlənməsə də, sızan məlumatlarda vurğulanır ki, Rusiyanın logistika ilə bağlı problemləri əsas olaraq qalır”, - hesabatda bildirilib.
Nazirlik bildirib ki, rusların hücum üçün sursat çatışmazlığı da yaranıb və bu da Müdafiə Nazirliyi ilə “Vaqner” özəl hərbi şirkəti arasında fikir ayrılıqlarına səbəb olur.
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxladı
- Sərnişin avtobusu “Renc Rover”lə toqquşdu: yaralılar var
- 20 ildir ki, o kuboku istəyir... - Fotolar
- Sumqayıtda əməliyyat: qadın saxlanıldı
- Tovuzda 39 yaşlı kişi kanalda batdı - Foto
- Sürücülərin nəzərinə: Sığorta sistemində yeni güzəştlər...
- “Bütün məsuliyyəti Vaşinqton daşıyacaq”