Ermənistan bəyan etməlidir ki, onun qonşu ölkələrə qarşı nəinki ərazi iddiası yoxdur, hətta heç vaxt olmayacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan mayın 3-də parlamentin iclasında deputatların suallarını cavablandırarkən deyib.
Baş nazirin açıqlamasına səbəb deputatlardan birinin Paşinyanın Ermənistanın həm iqtisadi, həm demoqrafik nöqteyi-nəzərdən güclənməli və inkişaf etməli olduğu bəyanatına cavab olaraq “həm də ərazi baxımından” deməsi olub.
Buna Ermənistan hökumətinin başçısı sərt cavab verib: “Yox!”
“Hakimiyyətin mövqeyi qonşu ölkələrə qarşı heç bir ərazi iddiasının tamamilə olmamasıdır. Bu, bizə dövlətçiliyə sahib olmaq şansı verəcək yeganə prinsipdir. Əks halda, dörd tərəf bizim dövlət olaraq mövcud olmamağımız üçün hər şeyi edəcək. Onlar da bunu edirlər”, - Paşinyan bildirib.
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniya Kabo-Verdeyə qarşı - Yenilənir
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
- “O, intriqa yaratmağı çox sevir” - Hər an DÇ-də ola bilər
- Sərnişin avtobusu “Renc Rover”lə toqquşdu: yaralılar var
- 20 ildir ki, o kuboku istəyir... - Fotolar
- Sumqayıtda əməliyyat: qadın saxlanıldı
- Tovuzda 39 yaşlı kişi kanalda batdı - Foto