Ukrayna hərbçiləri Zaporojye vilayətinin Orexovski istiqamətində hücuma cəhd ediblər.
BUTA.TV xəbər verir ki, bu barədə “Biz Rusiya ilə birlikdəyik” hərəkatının rəhbəri Vladimir Roqov bildirib.
O qeyd edib ki, hücum bu gecə kütləvi artilleriya hazırlığından sonra başlayıb. Rusiya motoatıcı və kəşfiyyatçıları müdafiənin birinci xəttində Ukrayna Silahlı Qüvvələrinin zirehli dəstəsini atəşlə qarşılayıblar. Bundan başqa, hücumun dəf edilməsində tanklar və artilleriya da iştirak edir.
Hazırda döyüş qızğın gedir. Düşmənin canlı qüvvəsi və texnika itkiləri var - ən azı iki texnika vurulub - tank və zirehli transportyor”, - Roqov bildirib.
Onun sözlərinə görə, Ukrayna qoşunlarının kəşfiyyat apardığını, yarıb keçməyə cəhd etdiyini və ya genişmiqyaslı hücuma keçdiyini söyləmək hələ tezdir.
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniya Kabo-Verdeyə qarşı - Yenilənir
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
- “O, intriqa yaratmağı çox sevir” - Hər an DÇ-də ola bilər
- Sərnişin avtobusu “Renc Rover”lə toqquşdu: yaralılar var
- 20 ildir ki, o kuboku istəyir... - Fotolar
- Sumqayıtda əməliyyat: qadın saxlanıldı