Mayın 4-də Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasimi olub.
BUTA.TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Əvvəlcə kəndin inkişaf planı barədə videoçarx nümayiş olunub .
Dövlət başçısına kənddə görüləcək işlərlə bağlı məlumat verilib.
Bildirilib ki, kəndin layihələndirilən ərazisi 179,5 hektardır. Kənd perspektivdə 2520 nəfər əhalinin (573 ailə) yaşaması üçün planlaşdırılıb. Cahangirbəyli kəndində birinci mərhələdə iki, üç, dörd və beş otaqlı olmaqla ümumilikdə 242 fərdi evin tikintisi nəzərdə tutulur.
Qeyd edilib ki, birinci mərhələdə burada 1200 nəfərin məskunlaşdırılması planlaşdırılır. Cahangirbəylidə fərdi evlərlə bərabər, bloklaşdırılmış üçmərtəbəli binaların inşası da nəzərdə tutulur.1200
Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və qonaq evi, çoxfunksiyalı bina, bazar kompleksi, idman sağlamlıq mərkəzi, sənətkarlıq emalatxanası, tibb məntəqəsi, mərasim zalı, iaşə obyektləri və digər müəssisələr olacaq.
Prezident İlham Əliyev Cahangirbəyli kəndinin təməlini qoyub.
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!
- Bayrama görə verilən pul kimə, necə veriləcək? - Dəqiq izah
- Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır
- Çində Azərbaycan binaları tikən İbrahim Cahangiri kimdir?
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə Ümumrespublika Seminarı keçirilmişdir.
- Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?