Beyləqanda maşın aşdı: ölənlər var

09:32 - 5 May 2023 - GÜNDƏM

 Beyləqanda maşın aşdı: ölənlər var

Beyləqan rayonunda avtomobil aşıb, ölənlər var.

BUTA.TV xəbər verir ki, hadisə mayın 4-də rayonun Qəhrəmanlı qəsəbəsindən keçən asfalt yolda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Əyyub Sahib oğlu Salahlı idarə etdiyi “Mersedes-Benz E190” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib.

Daha sonra maşın yoldan çıxararaq yolun sağ kənarına aşıb. Nəticədə avtomobildə olan sərnişinlər - 2001-ci il təvəllüdlü Rəşad Elxan oğlu Orucov və 1995-ci il təvəllüdlü Eltun İsrəfil oğlu Xudiyev aldıqları xəsarətlərdən hadisə yerində ölüb, sürücü Ə.Salahlı isə bud çanaq oynağının əzilməsi xarakterli xəsarət alıb. Onun səhhəti stabil qiymətləndirilir.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol