Kremlə PUA hücumundan sonra bir çox ölkə Rusiyaya acımağa başladı. Bu düzgün deyil. Rusiyaya acımamalıdırlar. Əksinə, həm Çin, həm də AB kimi Moskvaya da həsəd aparmalıdırlar. Yaxud da İran və Şimali Koreyadan olduğu kimi, bizdən də qorxmalıdırlar. Axı KXDR rəhbərinin iqamətgahına zərbə endirmək Cənubi Koreyanın ağlına da gəlmir. İsrail də İranın ruhani başçısının iqamətgahına zərbə vurmur. Çünki qorxur.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Rusiyanın İran və Şimali Koreyadan dərs almasının vaxtıdır. Onlar hörmət etmirlər? Ona görə də heç olmasa qorxsunlar. Müasir dünyada İran, Şimali Koreya, Britaniya və Amerika kəşfiyyat xidmətləri kimi quldur görünmək sərfəlidir”, - Markov bildirib.
- Azərbaycanda Məhərrəm ayı başladı
- Belçikadan - Misir matçında qalib müəyyənləşmədi - Yenilənib
- “Hələlik yekun razılaşma formalaşmayıb”
- Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər+ Video
- Memorandumu onlar imzalayıblar - Adlar
- Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi...
- İspaniyadan gözlənilməz xal itkisi - Yenilənib
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq